...

Bərdədən Bakıya ziyarətgaha gələn ruhi xəstə qadın itkin düşdü

Hadisə Materials 20 Noyabr 2019 21:30 (UTC +04:00)
Bərdə rayonundan Bakıya gələn qadın itkin düşüb.
Bərdədən Bakıya ziyarətgaha gələn ruhi xəstə qadın itkin düşdü

Bakı. Samir Əli - Trend:

Bərdə rayonundan Bakıya gələn qadın itkin düşüb.

Trend-in məlumatına görə, hadisə noyabrın 17-də baş verib.

Bərdə rayonu, Zümürxan kənd sakini, 1970-ci il təvəllüdlü Nəsibova Bahar Fərman qızı noyabrın 17-də yaşadığı kənddən çıxaraq Bakıya gəlib. Qadın Bakıda Pirallahı qəsəbəsindəki ziyarətgaha getmək məqsədilə paytaxta yollanıb. Həmin gün qadın "Koroğlu" stansiyasında avtomobildən düşüb taksi ilə ziyarətgaha yollansa da, sonradan ondan heç bir xəbər çıxmayıb.

Məlumata görə, qadın ruhi əsəb xəstəsi olub. Əynində qara ətək, qara ayaqqabı, göy rəngli gödəkçə, başında isə şal olub.

Qadını görənlərdən 050 376 41 66 nömrəli telefona zəng vurmaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti