...

Yasamal sakinlərini gülləbaran edən şəxs saxlanıldı

Hadisə Materials 24 Dekabr 2019 13:35 (UTC +04:00)
Adam öldürməyə cəhddə şübhəli bilinən T.Nağıyev saxlanılıb və ondan “Makarov” markalı tapança götürülüb.
Yasamal sakinlərini gülləbaran edən şəxs saxlanıldı

Bakı. Samir Əli - Trend:

Adam öldürməyə cəhddə şübhəli bilinən şəxsdən “Makarov” markalı tapança götürülüb

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 22-də saat 23 radələrində Bakı şəhər sakinləri Z.Muradov və İ.Babayevin güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş T.Nağıyev saxlanılıb.

Cinayəti törədərkən istifadə etdiyi “Makarov” markalı tapança ondan götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti