...

Gürcüstandan 2500 ədəd pirotexniki vasitə keçirməyə cəhd edən şəxs saxlanıldı (FOTO)

Hadisə Materials 25 Dekabr 2019 14:44 (UTC +04:00)
Gürcüstandan "Vaz-2106" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı pirotexniki vasitə aşkarlanıb
Gürcüstandan 2500 ədəd pirotexniki vasitə keçirməyə cəhd edən şəxs saxlanıldı (FOTO)

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz-2106" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı kinoloji xidmət itinin reaksiyası nəticəsində saxlanılıb və şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsinin Trend-ə verdiyi məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı avtomobilin arxa və ön qapılarında 2500 ədəd üzərində "Bird Egg Cracker" yazılan pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti