...

Parkda qızıl boyunbağını zorla ələ keçirən keçmiş məhkumlar tutuldu

Hadisə Materials 2 Yanvar 2020 17:29 (UTC +04:00)

Bakı. Trend:

Ötən il dekabrın 31-də Nəsimi rayonu ərazisində yerləşən parkların birində şəxsiyyəti məlum olmayan 3 nəfər Bakı şəhər sakini bir nəfərin 300 manat dəyərində qızıl boyunbağısını soyğunçuluq yolu ilə alıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 22-ci PŞ və NBPİ DYNPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş S.Əhmədov, E.Maqdiyeva və E.Quliyev saxlanılmışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti