...

Polis Bakı sakinini döyən iki nəfəri saxladı

Hadisə Materials 3 Yanvar 2020 15:27 (UTC +04:00)
Bakı şəhər sakini D.Babayevin döyülməsi barədə 17-ci Polis Şöbəsinə müraciət daxil olub.
Polis Bakı sakinini döyən iki nəfəri saxladı

Bakı. Trend:

Yanvarın 1-də saat 21 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində 2 nəfərin Bakı şəhər sakini D.Babayevi döyməsi barədə 17-ci Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Hüseynov və A.Cavadov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti