...

Keçmiş məhkumlar narkotiklə saxlanılıb

Hadisə Materials 6 Yanvar 2020 16:49 (UTC +04:00)
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.
Keçmiş məhkumlar narkotiklə saxlanılıb

Bakı. Trend:

Hacıqabulda keçmiş məhkumlar narkotiklə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Nuriyev, Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Kamal Xəlilov və Razi Cəfərov saxlanılıb.

Belə ki, Razi Cəfərovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman ümumi çəkisi 325,6 qram olan qurudulmuş marixuana, Elçin Nuriyevin üzərindən ümumi çəkisi 21 qram və Kamal Xəlilovun üzərindən ümumi çəkisi 19 qram olan tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti