...

Hadisə yerindən qaçan sürücü saxlanılıb

Hadisə Materials 15 Yanvar 2020 18:19 (UTC +04:00)
Yol qəzasını törədərək hadisə yerindən yayınmış “VAZ-21074” markalı avtomobilin sürücüsü saxlanılıb.
Hadisə yerindən qaçan sürücü saxlanılıb

Bakı. Trend:

Yol qəzasını törədərək hadisə yerindən yayınmış “VAZ-21074” markalı avtomobilin sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 29-da saat 23 radələrində Abşeron rayonu ərazisində müəyyən edilməmiş avtomobillə Sumqayıt şəhər sakini M.Hüseynov vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış “VAZ-21074” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini T.Ağayev müəyyən edilərək saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti