...

Lənkəranda "QAZel" "Volvo" ilə toqquşub yandı: 1 ölü

Hadisə Materials 20 Yanvar 2020 11:50 (UTC +04:00)
Girdəni kəndində “VOLVO” və “QAZel” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsi baş verib.
Lənkəranda  "QAZel" "Volvo" ilə toqquşub yandı: 1 ölü

Bakı. Trend:

Lənkəran şəhərinin Girdəni kəndində “Volvo” və “QAZel” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Yanğın nəticəsində “QAZel” markalı yük avtomobilinin mühərrik hissəsi, kabinası və banında olan 3 ton arpanın 1,5 tonu yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti