...

Komitə Bakıda baş verən yanğınla bağlı məlumat yaydı

Hadisə Materials 26 Yanvar 2020 17:50 (UTC +04:00)

Bakı. Trend:

Yanvarın 26-da saat 11 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Fətəliyev 78 ünvanında yerləşən köhnə poliklinika binasının ikinci mərtəbəsində yanğın baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən dərhal söndürülüb.

Yanğın baş verdikdən dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin köməkçisi, miqrasiya, məşğulluq, status və sosial təminat şöbəsinin müdiri və komitənin yerli nümayəndəliyi və Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb, dəymiş zərər araşdırılıb.

Komitədən Trend-ə verilən məlumata görə, qeyd edilən ünvanda, əsasən Cəbrayıl rayonundan 40 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Hadisə nəticəsində üç mətbəx, yanğının söndürülməsi zamanı isə dəhlizin tavanına ziyan dəyib. Mətbəxinə ziyan dəymiş üç ailə ilə aparılan söhbət nəticəsində onlara kirayə mənzildə yerləşmək təklif olunub. İki ailə təklifi qəbul edib.

Qeyd edək ki, yanğın nəticəsində dəymiş ziyan dəymiş aradan qaldırılana kimi iki ailə Dövlət Komitəsi tərəfindən kirayə mənzillərə yerləşdiriləcək.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti