...

Şəmkirdə yanğın: Gözətçi öldü

Hadisə Materials 12 Fevral 2020 11:26 (UTC +04:00)
Şəmkirdə yanğın hadisəsi olub.
Şəmkirdə yanğın: Gözətçi öldü

Bakı. Trend:

Şəmkirdə yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Şəmkir rayonunun Qədimqala kəndində, istixana ərazisində ümumi sahəsi 12 m² olan gözətçi otağının yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 50 m² olan qazanxananın dam örtüyü 10 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı gözətçi otağında 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Cabir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Qazanxanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti