Bakı. Trend:
Bakıda piyadanı maşınla vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, fevralın 8-də saat 5 radələrində Nizami rayonunun R.Rüstəmov küçəsində yolu keçən Bakı şəhər sakini Edqar Cəlilov müəyyən edilməmiş avtomobillə vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada fevralın 11-də orada ölüb.
Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Nizami RPİ 25-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ravon” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini N.Həsənov saxlanılıb.