...

Şəmkirdə xeyli sayda silah-sursat tapıldı

Hadisə Materials 19 Fevral 2020 14:01 (UTC +04:00)
Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində tapılmış silah-sursat ANAMA-nın əməkdaşlarına təhvil verilib.
Şəmkirdə xeyli sayda silah-sursat tapıldı

Bakı. Trend:

Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində tapılmış silah-sursat ANAMA-nın əməkdaşlarına təhvil verilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Şəmkir rayonunun Yuxarı Seyfəli kənd sakini A.Həsənov Qasımalılar kəndi ərazisində 8 ədəd “F-1” və 20 ədəd “UZRQM” markalı qumbara, 1 ədəd top mərmisi və 340 ədəd patron tapması barədə məlumat vermişdir.
Dərhal Şəmkir RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş, qeyd edilən hərbi sursatları ANAMA-nın əməkdaşlarına təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti