...

Bakıda 66 yaşlı qadını vurub qaçan "TATRA"nın sürücüsü saxlanıldı

Hadisə Materials 12 Mart 2020 11:01 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda qadını vurub qaçan avtomobil müəyyən edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, A.Nemətulla küçəsində baş verib.

Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Valentina Hüeseynova yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Qadını vuran avtomobil hadisə yerindən qaçıb. Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyaqt-axtarış tədbirləri nəticəsində hadisəni törədən avtomobilin "TATRA" markalı yük maşınının olduğu müəyyən edilib.

Keçirilən əməliyyat nəticəsində yük maşınının sürücüsü 1964-cü il təvəllüdlü Ə.Namazov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti