Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Salyan rayonunda 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.