Bakı. Samir Əli - Trend:
Bakıda yol qəzası tıxaca səbəb olub.
Bakı Nəqliyyat Agentliyindən Trend- ə verilən məlumata görə, hadisə bu gün səhər Babək və Qara Qarayev prospektlərinin kəsişməsində qeydə alınıb.
Həmin ərazidəki körpünün üzərində zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.
Bu səbəbdən də hazırda qeyd edilən hissədə nisbətən sıxlıq müşahidə olunur.