...

Şəmkirdə iki evdən 14 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Hadisə Materials 10 Aprel 2020 20:50 (UTC +04:00)
Şəmkirdə iki evdən 14 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakı. Trend:

Oğurluqda şübhəli bilinən Şəmkir rayon sakini tutlub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 14 min manat dəyərində qızıl-zinət əşyaları və 850 manat oğurlamaqda şübhəli bilinən Çinarlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Kərimov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti