...

Xeyir-şər evində qumar oynayan şəxslər saxlanıldı (FOTO/VİDEO)

Hadisə Materials 14 Aprel 2020 13:23 (UTC +04:00)

Bakı. Trend:

Ölkə ərazisində xüsusi karantin rejimi qaydalarının bəzi şəxslər tərəfindən pozulması hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən ümumi istifadədə olan xeyir-şər evində 6 nəfərin xüsusi karantin rejimini pozaraq qumar və digər stolüstü oyunlar oynadıqları aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslər saxlanılaraq Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətiriliblər.

Eyni zamanda, xüsusi karantin qaydalarını pozan kafedə olan müştərilər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti