Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, qəza Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb. Qəzaya səbəb kəsişmədə avtomobillərdən birinin işıqforun "dur" əmrinə tabe olmamağı deyilir.
Toqquşma nəticəsində bir nəfər xəsarət alıb. Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və polis əməkdaşları cəlb olunublar.