...

Zaqatalada spirtli içki oğurlayan şəxslər saxlanılıb (FOTO)

Hadisə Materials 23 Aprel 2020 10:50 (UTC +04:00)
Zaqatalada spirtli içki oğurlayan şəxslər saxlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Zaqatala Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən 2 ədəd televizor və müxtəlif spirtli içkilərin oğurlandığı müəyyən edilib.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin əvvəllər məhkum olunanlar- Zaqatala rayonu, Danaçı kənd sakini 23 yaşlı Hacımurad Adamov və 26 yaşlı Şamaxı rayon sakini Baloğlan Xankişiyev olduğu müəyyən edilib. Onların hər ikisi tutularaq istintaqa təhvil verilib. Oğurladıqları televizorlar satdıqları şəxsdən, spirtli içkilər isə özlərindən maddi sübut kimi götürülüb.

Faktla bağlı həmin şəxslər barəsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti