...

"28 Mall"dan oğurluq edən keçmiş məhkum saxlanıldı

Hadisə Materials 29 Aprel 2020 09:36 (UTC +04:00)
Bakıda ticarət mərkəzindən oğurluq edən şəxs saxlanılıb
"28 Mall"dan oğurluq edən keçmiş məhkum saxlanıldı

Bakı. Samir Əli - Trend:

Bakıda ticarət mərkəzindən oğurluq edən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisindəki "28 Mall" ticarət mərkəzində baş verib. Martın 9-da naməlum şəxs mərkəzdəki mağazaların birində paltar dəyişmə otağından müştəriyə məxsus, içərisində 516 manat olan pul kisəsini oğurlayıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənə Qubadlı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunmuş, 1981-ci il təvəllüdlü T.Talıbzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti