...

Polis Maştağada narkotik plantasiyası aşkarladı

Hadisə Materials 21 May 2020 09:33 (UTC +04:00)
Polis Maştağada narkotik plantasiyası aşkarladı

Bakı. Samir Əli - Trend:

Bakıda narkotik alverçiləri saxlanılıb.

Trend-in məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsində Məşədi Bağırovun həyətinə baxış keçirib. Əməliyyat zamanı onun həyətindən avrotexniki üsulla yetişdirilmiş ümumi çəkisi 670 qram olan 43 ədəd çətənə kolu aşkar edilib.

Həmin gün Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon sakini Şahin Əliquliyevdən 0,120 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti