Bakı. Trend:
Masallıda ölümlə nəticələnən yol qəzası olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Ərçivan kəndində "LADA" markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb.
Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.