Bakı. Samir Əli - Trend:
Bakıda əməliyyat olunan azyaşlı xəstəxanada ölüb.
Trend-in məlumatına görə, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib. Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Emin Abdullayev kəskin appendisit diaqnozu ilə cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Göstərilən tibbi yardımlara baxmayaraq E. Abdullayev ölüb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.