...

Bakıda "AzSamand" aşıb, ölən var

Hadisə Materials 18 İyun 2020 03:26 (UTC +04:00)
Bakıda "AzSamand" aşıb, ölən var

Bakı. Trend:

Bakıda ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda “AzSamand” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü İmanov Qəhraman Əlövsət oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti