...

Masallıda 3 qız itkin düşüb, FHN axtarışlara başlayıb

Hadisə Materials 20 İyun 2020 00:26 (UTC +04:00)
Masallıda 3 qız itkin düşüb, FHN axtarışlara başlayıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 19 iyun 2020-ci il tarixində axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Hazırda FHN-nin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən itkin düşmüş şəxslərin axtarışları həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti