...

Ziya Bünyadov prospektində iki yol nəqliyyat hadisəsi baş verib - Yolda sıxlıq var (FOTO)

Hadisə Materials 20 İyun 2020 15:37 (UTC +04:00)
Ziya Bünyadov prospektində iki yol nəqliyyat hadisəsi baş verib - Yolda sıxlıq var (FOTO)

Bakı. Trend:

Bakıda, Ziya Bünyadov prospektinin müxtəlif hissəsində iki yol-nəqliyyat hadisəsi olub.

Trend-in məlumatına görə, ilk hadisə "Koroğlu" metrostansiyası istiqamətində Ə.Rəcəbli küçəsi ilə kəsişmədə, körpünün üzərində baş verib. Hazırda hadisə baş verən hissəyədək sıxlıq müşhidə olunur.

Digər qəza da prospektin "Koroğlu" metrostansiyası istiqamətində Atatürk prospekti ilə kəsişmədə, körpünü enən hissədə qeydə alınıb.

Yolun bu hissəsində də sıxlıq müşhidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti