...

Balakəndə narkotik vasitə becərən qohumlar saxlanılıb (FOTO)

Hadisə Materials 24 İyun 2020 11:00 (UTC +04:00)
Balakəndə narkotik vasitə becərən qohumlar saxlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Dövlət Sərhəd Xidməti və Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olan rayon sakinləri Aslan Uzunov və onun qohumu İsmət Qardaşov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, yuxarıda adları qeyd olunan şəxslər qabaqcadan əlbir olaraq, Poştbinə kəndi ərazisindəki meşə massivində narkotik tərkibli çətənə bitkiləri becəriblər. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman oradan 22 ədəd aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti