...

Şirvanda yanğın olub

Hadisə Materials 12 İyul 2020 06:45 (UTC +04:00)
Şirvanda yanğın olub

Bakı. Trend:

Şirvan şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Şirvan şəhərinin Bayramlı qəsəbəsində ümumi sahəsi 108 m2 olan birmərtəbəli evin qamış və taxta konstruksiyalardan ibarət dam örütüyü 30 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti