...

Salyanda sanitar-karantin qaydalarını pozan 12 nəfər cərimə edilib (FOTO/VİDEO)

Hadisə Materials 12 Avqust 2020 12:27 (UTC +04:00)

Bakı. Trend:

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə bu gün Salyan Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərdə, marketlərdə və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polislər tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminə əməl olunması üçün qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət və əhaliyə məişət xidmətləri göstərən obyektlərdə, küçə və prospektlərdə profilaktik söhbətlər aparılıb.

Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub. Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər. Salyan rayonu ərazisində nəzarət-profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti