...

Ağstafada 31 yaşlı kişi kafenin qarşısında ürəyindən bıçaqlandı

Hadisə Materials 1 Sentyabr 2020 11:19 (UTC +04:00)
Ağstafada 31 yaşlı kişi kafenin qarşısında ürəyindən bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsindəki "Yaşıl məkan" kafesinin qarşısında baş verib. Rayon sakini 1989-cu il təvəllüdlü Nəsibov Elnur Qəhrəman oğlu kafenin qarşısında tanımadığı şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs onun ürək nayihəsinə iki bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Köçəsgər kənd sakini, 1979-cu il təvəllüdlü Fərəcov Qalib Əli oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti