...

Bakıda 17 yaşlı oğlan qonşusunu bıçaqladı

Hadisə Materials 7 Sentyabr 2020 17:03 (UTC +04:00)
Bakıda 17 yaşlı oğlan qonşusunu bıçaqladı

Bakı. Samir Əli - Trend:

Bakıda yeniyetmə oğlan qonşusunu bıçaqlayıb.

Trend-in məlumatına görə, hadisə Lökbatan qəsəbəsi, S. Orucov küçəsində baş verib.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü İsmayıl Həsənov münaqişə zəminində qonşusu 1981-ci il təvəllüdlü Oleq Yaqibekovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub, İ.Həsənov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti