Bakıda mənzildən kişi meyiti tapılıb

Hadisə Xəbər 17 Sentyabr 2020 19:05 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Məmmədov Taryel Həmzə oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti