...

Altıağacda bıçaqlanma olub (FOTO)

Hadisə Materials 21 Sentyabr 2020 13:39 (UTC +04:00)
Altıağacda bıçaqlanma olub (FOTO)

Bakı. Samir Əli - Trend:

Altıağac qəsəbəsində bıçaqlanma olub.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, sentyabr ayının 19-da Xızı Rayon Polis Şöbəsinə rayonun Altıağac qəsəbə Rauf Fərzəliyevə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşları dərhal hadisənin baş verdiyi əraziyə yollanıblar.

Həyata keçirilən araşdırmalar nəticəsində məlum olub ki, qəsəbə sakini Rauf Fərzəliyev şəxsi münasibətlər zəminində "BORAWING" markalı silahla bir dəfə Vahid Əhmədova atəş açıb. Atəş zamanı xəsarət alan olmayıb. Daha sonra isə V.Əhmədov əlində olan bıçaqla R.Fərzəliyevə xəsarət yetirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti