...

Şəkidə yaşadığı ünvanı tərk edən COVİD-19 xəstəsi saxlanılıb (FOTO)

Hadisə Materials 22 Noyabr 2020 14:07 (UTC +04:00)
Şəkidə yaşadığı ünvanı tərk edən COVİD-19 xəstəsi saxlanılıb (FOTO)

Bakı. Trend:

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, həmin şəxsin rayonun Qoxmuq kənd sakini F.Nəsibov olduğu müəyyən edilib. Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq F.Nəsibov qaydaları pozaraq yaşadığı evi tərk edib. O, polis əməkdaşlarının da müşayiəti ilə yaşadığı evə geri qaytarılıb.

F.Nəsibov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti