...

Qazaxda qohumunu öldürən şəxsin məhkəməsi başlayır

Hadisə Materials 16 Dekabr 2020 12:59 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Qazax rayonunda qohumunu qətlə yetirən şəxsin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, qətli törədən Fərrux Məmmədovun cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş üzrə məhkəmə prosesinin vaxtı yaxın günlərdə müəyyənləşdiriləcək. Prosesə hakim Xəqani Səmədovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, hadisə Qazax rayonunun Aslanbəyli kəndi ərazisində baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü Telman Kavı oğlu Əhmədov mübahisə zəminində qohumu, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Fərrux Kamran oğlu Məmmədov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti