...

Bakıda "Mercedes", Sumqayıtda "LADA" yanıb

Hadisə Materials 21 Dekabr 2020 09:29 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhəri, Xətai rayonunda "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərində "LADA" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlığı yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti