...

Bakının mərkəzində yaşayış binası yanır

Hadisə Materials 21 Dekabr 2020 10:33 (UTC +04:00)
Bakının mərkəzində yaşayış binası yanır

Bakı. Samir Əli - Trend:

Bakının mərkəzində yqaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti 83 ünvanında dördmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti