...

Ahıl kişi mənzildə ölü tapılıb

Hadisə Materials 26 Dekabr 2020 12:32 (UTC +04:00)
Ahıl kişi mənzildə ölü tapılıb

Bakı. Trend:

Sumqayıtda 86 yaşlı şəxsin meyiti mənzildə tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1934-cü il təvəllüdlü Siderenko Georgiy Fyodoroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti