...

Zabratda qamışlıq ərazidə baş verən yanğın söndürülüb

Hadisə Materials 16 Yanvar 2021 20:37 (UTC +04:00)
Zabratda qamışlıq ərazidə baş verən yanğın söndürülüb

Bakı. Trend:

Bakı şəhəri, Sabunçu rayonunun Zabrat qəsəbəsində qamışlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, daha əvvəl Nazirliyin "112" qaynar telefon xəttinə Zabrat qəsəbəsində qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti