...

Şuşada yanğın olub

Hadisə Materials 18 Yanvar 2021 10:46 (UTC +04:00)
Şuşada yanğın olub

Bakı. Trend:

Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti