...

Bakıda fərdi evdə yanğın olub

Hadisə Materials 24 Yanvar 2021 22:57 (UTC +04:00)
Bakıda fərdi evdə yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 98 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 5 ədəd yataq dəsti yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd soyuducu qismən qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti