...

Masallıda yanğın: Ev və minik avtomobili yandı

Hadisə Materials 3 Fevral 2021 09:53 (UTC +04:00)
Masallıda yanğın: Ev və minik avtomobili yandı

Bakı. Trend:

Masallı rayonunun Mollaoba kəndində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 300 kv.m olan (hər mərtəbəsi 150 m²) ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 kv.m sahədə və 1-ci mərtəbəsində (qaraj kimi istifadə olunur) ”Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1966-cı il təvəllüdlü Abdullayev Müqabil Yadulla oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti