...

Yataq xəstələrinin qaldığı mənzildə yanğın: Zəhərlənənlər var (ƏLAVƏ OLUNUB) (VİDEO)

Hadisə Materials 5 Fevral 2021 10:53 (UTC +04:00)
Yataq xəstələrinin qaldığı mənzildə yanğın: Zəhərlənənlər var (ƏLAVƏ OLUNUB) (VİDEO)

Təfərrüatlar əlavə olunub

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 51 kv.m olan mənzildə 1 ədəd divan və yataq dəsti yanıb, yüksək temperaturdan otağın divarları 12 kv.m sahədə qarsalanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Trend-in məlumatına görə, yanğının baş verdiyi mənzildə hər ikisi yataq xəstəsi olan ana və oğlu yaşayır. Hadisə xalçanın üzərinə yanan siqaretin düşməsi ilə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti