...

Marketdən 2 min manatlıq energetik içki və siqaret oğurlayanlar saxlanılıb

Hadisə Materials 19 Fevral 2021 13:33 (UTC +04:00)
Marketdən 2 min manatlıq energetik içki və siqaret oğurlayanlar saxlanılıb

Bakı. Samir Əli - Trend:

Suraxanı rayonu Bülbülə qəsəbəsində mağazalardan birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, naməlum şəxslər mağazadan 2 min manata yaxın energetik içki və tütün məmulatları oğurlayıblar.

Həmin mağazadan oğurluq edilməsi obyektin müşahidə kameraları vasitəsi ilə də görüntülənib.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Emil İsmayılov, Əlimurad Cərullayev və Xəqani Behbudov saxlanılıblar.

Onlar ifadələrin etdikləri oğurluğu etiraf ediblər. Saxlanılan şəxslər barəsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib.Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti