...

Şabranda ikimərtəbəli ev yanıb, 3 nəfər xəsarət alıb

Hadisə Materials 10 Mart 2021 16:51 (UTC +04:00)
Şabranda ikimərtəbəli ev yanıb, 3 nəfər xəsarət alıb

Bakı. Trend:

Şabran rayonunun Şahnəzərli kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 185 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti