...

Hacıqabulda toy məclisinin qarşısı alınıb

Hadisə Materials 12 Aprel 2021 11:00 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşlarının rayonun Qarasu kəndində keçirdiyi tədbirlər nəticəsində öz evinin həyətində toy məclisi təşkil etmək istəyən şəxslər müəyyən edilib.

Polis əməkdaşları tərəfindən məclisin keçirilməsi dayandırılıb, 2 nəfər barəsində isə qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti