...

Xızı sakininin üzərindən narkotik, evindən silah-sursat aşkarlanıb (FOTO)

Hadisə Materials 28 Aprel 2021 10:54 (UTC +04:00)
Xızı sakininin üzərindən narkotik, evindən silah-sursat aşkarlanıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Xızı sakininin üzərindən narkotik maddə, evindən isə silah və döyüş sursatları aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Giləzi qəsəbə sakini Mehrab Əlyarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 0,107 qram çəkidə narkotik maddə olan heroin aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq M.Əlyarovun yaşadığı evə keçirilmiş axtarış zamanı isə oradan bir ədəd AKS markalı avtomat, 19 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.
Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti