...

Mingəçevirdə "Ford" "VAZ"la toqquşub, yaralılar var

Hadisə Materials 4 May 2021 11:27 (UTC +04:00)
Mingəçevirdə "Ford" "VAZ"la toqquşub, yaralılar var

Bakı. Samir Əli - Trend:

Mingəçevir şəhərində yol qəzası olub. Trend-in məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Şəhər ərazisindən Xaldan qəsəbəsi istiqamətində hərəkətdə olan “VAZ-21099” markalı avtomobil “Ford” markalı yuk avtomobili ilə toqquşub. Qəza nəticəsində 6 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə yollanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti