...

Ötən gün ölkədə 61 yanğın hadisəsi baş verib, 5 nəfər xilas edilib (VİDEO)

Hadisə Materials 13 İyun 2021 13:45 (UTC +04:00)
Ötən gün ölkədə 61 yanğın hadisəsi baş verib, 5 nəfər xilas edilib (VİDEO)

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 61 yanğına çıxış olub.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən gün 3 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 5 nəfər, o cümlədən dənizdə batma təhlükəsi ilə üzləşmiş 2 nəfər və intihara cəhd edən 1 nəfər xilas olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti