Bakı. Samir Əli - Trend:
Bakıda partlayış baş verən mənzildəki yanğının söndürülməsi işləri başa çatıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Trend-ə bildirib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib: "Artıq binada yanğın söndürülüb".
Xatırladaq ki, paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 23 ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində mənzillərdən birinin mətbəxində qaz balonu parlayıb. Partlayış yanğına çevrilib.